Qarabağ küçəsi 22 / Alliance Business Center +994 55 220 10 99 [email protected]

Xəbərlər və elanlar

Ana səhifə Xəbərlər və elanlar

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Yeniliklər
16 Jul 2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.  2025-ci il üçün iş vaxtı normasına əsasən gələn ilin aşağıdakı günləri iş günü hesab edilmir:

1, 2 yanvar–Yeni il bayramı;
20 Yanvar–Ümumxalq Hüzn Günü;
8  Mart–Qadınlar Günü;
20, 21, 22, 23, 24   mart–Novruz bayramı;
30, 31 mart –Ramazan  bayramı;
9  May –Faşizm üzərində Qələbə günü;
28 May–Müstəqillik Günü;
6, 7 iyun–Qurban bayramı;
15 İyun–Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
8 Noyabr–Zəfər Günü;                                                  
9  Noyabr– Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2025-ci ildə beşgünlük iş həftəsində 3 yanvar, 10, 25 və 26 mart, 1 aprel, 9, 16 iyun, 10 və 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart, 1 aprel, 16 iyun və 10 noyabr tarixləri istirahət günləridir. 2025-ci ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.